ABŞ Cənubi Qafqaz ölkələlərinə 7,3 milyon ayıracaq

 10:24 17.05.2023     1589

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Cənubi Qafqazda regional turizm proqramının həyata keçirilməsinə təxminən 7,3 milyon dollar ayıracaq.

Redaktor.az xəbər verir ki, biu barədə sözügedən təşkilat məlumat yayıb.

Bunlar Ermənistan, Azərbaycan və Gürcüstan arasında güclü əməkdaşlığa töhfə verəcəyi gözlənilən turizmdə ümumi iqtisadi maraqlardır.

"“USAİD"in Qafqaz Regional Turizm Proqramının məqsədi turizm sektorunda bazar hərəkətvericiləri və ümumi iqtisadi maraqlar əsasında Ermənistan, Azərbaycan və Gürcüstan arasında güclü regional əməkdaşlıq qurmaq və bununla da Cənubi Qafqazda birlik və sülhə töhfə verməkdir”,- məlumatda deyilir.

Bildirilir ki, bu dövlətlər əvvəllər turizm sahəsində əməkdaşlıq etməyiblər, Gürcüstanın isə hər iki dövlətlə əlaqələri var.

Bundan əvvəl, aprelin 17-də USAİD ABŞ hakimiyyətinin birbaşa ABŞ büdcəsindən Ukraynaya göndərilən vəsaitlərin xərclənməsinə nəzarəti gücləndirmək üçün 20 milyon dollar ayıracağını bildirib. Departament əlavə edib ki, belə bir tədbir ABŞ büdcəsindən ayrılan vəsaitlərdən istifadə zamanı Ukrayna hökumətinin nəzarətini və hesabatlılığını daha da gücləndirməlidir.

Tunar Altunbay