İsrail terrorda şübhəli bilinən 13 fələstinlini saxladı

 11:30 17.05.2023     343

İsrail hərbçiləri, Baş Təhlükəsizlik Xidmətinin üzvləri və sərhəd polisi İordan çayının qərb sahilində terror fəaliyyətində şübhəli bilinən 13 fələstinlini saxlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “The Jerusalem Post” yayıb.

Məlumata görə, şübhəlilər Fələstin ərazilərində altı fərqli yerdə saxlanılıb. Tubas şəhərində hərbi reydlərdən birində qarşıdurma baş verib.

Bundan əlavə, ziyarətgahın - Nablusdakı Həzrəti Yusifin məzarı yaxınlığında atışmalar baş verib. Orada İsrail hərbçiləri bir qrup yəhudi zəvvarını bu ibadət yerinə aparıblar. Qarşıdurmalarda bir fələstinli yaralanıb.

Həmidə İbrahimli