Yük maşını məktəb avtobusuna çırpıldı - 45 uşaq xəsarət aldı

 11:19 17.05.2023     187

Avstraliyanın cənub-şərqində uşaqları daşıyan avtobus və yük maşınının toqquşması nəticəsində 45 ibtidai sinif şagirdi xəsarət alıb, onlardan 18-i xəstəxanaya yerləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə günü ABC radiostansiyası məlumat yayıb.

Onun sözlərinə görə, qəza Melburn şəhərinin qərb ətraflarından birində baş verib. Ağır tonnajlı avtomobil yüksək sürətlə ibtidai sinif şagirdlərini daşıyan məktəb avtobusuna çırpılıb, daha sonra avtobus yoldan çıxaraq aşıb. Qəza nəticəsində 18 məktəbli ağır xəsarət alıb, qalanlarına yerindəcə tibbi yardım göstərilib və evlərinə aparılıb.

"Uşaqlar ciddi xəsarətlər alıblar - ağır yaralar, sınıqlar və əzilmiş əzalar, doqquz nəfər təcili cərrahi müalicə üçün Melburnda xəstəxanaya yerləşdirilib, daha üç uşaq onurğasından xəsarət alıb və sonra əməliyyat olunacaq",- deyə Kral Melburn Uşaq Xəstəxanasının direktoru Bernadet Makdonald bildirib.

O, Qəzanın daha 5-11 yaşlarında olan altı qurbanının Sunshine Xəstəxanasına aparıldığını və onlardan üçünün vəziyyətinin ağır olduğunu qeyd ediB.

Ştat polisi bildirib ki, qəzaya görə məsuliyyət daşıyan yük maşınının sürücüsü hadisə yerində həbs edilib.

Tunar Altunbay