Çinin balıqçı gəmisi Hind okeanında batdı - 39 ekipaj üzvü itkin düşdü

 11:50 17.05.2023     333

39 ekipaj üzvü olan Çin balıqçı qayığı Hind okeanında batıb.

Redaktor.az “Reuters”ə istinadla xəbər verir ki, Çin dövlət başçısı Si Cinpin sağ qalanları tapmaq üçün hər cür səy göstərməyi əmr edib.

Məlumata görə, gəmidə olan 39 nəfər - 17 ekipaj üzvü Çin, 17 İndoneziya və 5 Filippin vətəndaşı itkin düşüb.

Həmidə İbrahimli