Gürcüstanda 6 terrorçu saxlanıldı

 12:01 17.05.2023     325

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları “İslam Dövləti” (İŞİD) Terror təşkilatı ilə əlaqəsi olan respublikanın 6 vətəndaşını saxlayıblar.

Redaktor.az xəbər verir ki, kəşfiyyat xidmətinin məlumatına görə, onlar müxtəlif ölkələrdə terror aktları törətməyi planlaşdırıblar.

"Məhkəmənin qərarı əsasında keçirilən genişmiqyaslı xüsusi əməliyyat nəticəsində "İslam Dövləti" terror təşkilatının tərəfdarları Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi tərəfindən saxlanılıb. Terrorla mübarizə əməliyyatı eyni vaxtda həyata keçirilib. 4 yerdə 6 Gürcüstan vətəndaşı saxlanılıb”, - məlumatda deyilir.

İstintaqın məlumatına görə, saxlanılan şəxslər “İslam Dövlətinin nüfuzlu liderlərindən biri ilə bağlıdır və onun komandanlığı altında bir neçə ölkədə müxtəlif terror fəaliyyətləri planlaşdırıblar”. Bundan əlavə, sursat və partlayıcı maddələr ələ keçirilib. Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdirilən əcnəbi vətəndaş barəsində də cinayət işi başlanıb.

Kəşfiyyat xidməti aydınlaşdırıb ki, terror fəaliyyəti ilə bağlı məlumatlar tərəfdaş ölkələrin səlahiyyətli orqanlarına ötürülüb.

Tunar Altunbay