İsveçrə bu ölkənin vətəndaşları üçün vizaları ləğv edəcək

 16:05 17.05.2023     393

İsveçrə Avropa İttifaqının ardınca 2024-cü il yanvarın 1-dən Serbiyanın Kosovo bölgəsindən olanlar üçün vizaları ləğv etmək qərarına gəlib.

Redaktor.az “TASS”a istinadla xəbər verir ki, İsveçrə hökuməti, Federal Şura ölkəyə giriş və vizaların verilməsini tənzimləyən qanunvericiliyə müvafiq dəyişiklik edilib.

Məlumata görə, mayın 17-də Federal Şura müvafiq qərar qəbul edib.

Serbiyanın Kosovo Muxtar Vilayəti və Metohiya 2008-ci ildə birtərəfli qaydada müstəqillik elan edib və bu yaxınlarda beynəlxalq təşkilatlara qoşulmağa cəhd edib. Rusiya, Hindistan və Çin də daxil olmaqla, BMT-nin 193 ölkəsinin yarıdan çoxu Kosovonun tanınmasına qarşıdır.

Həmidə İbrahimli