Polis Almaniyada 2 türk jurnalisti saxladı

 15:58 17.05.2023     258

Almaniya polisi Türkiyənin “Sabah” qəzetinin Frankfurt şəhərində yerləşən Avropa bürosuna basqın edərək mətbu orqanın təmsilçisi İsmayıl Erel və xəbərlər şöbəsinin müdiri Cəmil Albayı saxlayıb.

Redaktor.az “TRTHaber”ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları jurnalistlərin evlərində və qəzetin ofisində axtarış aparıb, kompüter və telefonları müsadirə edib.

Axtarışın və jurnaliastlərin saxlanmasının səbəbi hələ ki məlum deyil.

Türkiyənin Xarici İşlər Nazirliyi jurnalistlərin peşəkar fəaliyyətinə müdaxilə edildiyini bildirib. Nazirlikdən qeyd olunub ki, iki jurnalistin saxlanılması mətbuat azadlığı baxımından qəbuledilməzdir.

XİN-dən məsələnin Almaniya hökumətinin diqqətinə çatdırıldığı açıqlanıb.

“Jurnalistlərin sərbəst buraxılması üçün Almaniya hakimiyyəti ilə yüksək səviyyəli danışıqlar aparılır”, - nazirlikdən bildirilib.