Paşinyanın oğlunu qaçırmaq istədilər

 16:33 17.05.2023     387

Bu gün saat 15:00 radələrində maskalı şəxslər Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşotu evin yanındakı ərazidən qaçırılmağa cəhd edilib.

Redaktor.az xəbər verir ki, Paşinyan ailəsinə məxsus “Haykakan Jamanak” qəzetinin yazdığına görə, uğursuz adam oğurluğunun iştirakçıları Qarabağ müharibəsində həlak olan hərbçilərin valideynləri tərəfindən yaradılan “Oğulların çağırışı” ictimai təşkilatının üzvləridir.

Qəzet yazır:

“Onlar Aşot Paşinyanı maşına minməyə məcbur etdilər, lakin maşın dayanan zaman o, tullanmağa müvəffəq oldu, bundan sonra Paşinyanı arxadan gələn eyni təşkilatın maşını vurub”.

Paşinyan ayağından zədə alıb, hüquq-mühafizə orqanlarına müraciət edib, ictimai təşkilatın üzvləri hadisə yerini tərk ediblər.

Tunar Altunbay