Kılıçdaroğlu da gənclərə müraciət etdi: "Ölü torpağını üstünüzdən atın"

 16:55 17.05.2023     341

“Ölü torpağını atın üstünüzdən, vətənini sevən seçki qutusuna gəlsin”.

Redaktor.az “Sözcü”ə istinadla xəbər verir ki, bunu Türkiyədəki prezident seçkilərinə namizəd, Cümhuriyyət Xalq Partiyasının rəhbəri (CHP) Kamal Kılıçdaroğlu sosial şəbəkə hesabında paylaşdığı videoda deyib.

“Vətənini sevənlər seçki qutusuna gəlsin. Bu məmləkətin əsl aşiqləri, bədəl ödəyənlər hər cür yalanlarla, siması müxalif görünənlərlə diqqətinizi yayındırmaq istəyirlər. Siz isə gənclər, ayağa qalxın, ayağa... Ölü torpağını atın üstünüzdən, vətənini sevənlər seçki qutusuna gəlsin”,- deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Ədalət və İnkişaf Partiyasının (AKP) lideri, Türkiyənin hazırki Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərə müraciət etmişdi. 

Həmidə İbrahimli