Kılıçdaroğlu Ərdoğanı Rusiyayönümlü siyasətçi adlandırdı
Türkiyədəki prezident seçkilərinə namizəd, Cümhuriyyət Xalq Partiyasının rəhbəri (CHP) Kamal Kılıçdaroğlu ölkəni respublikanın hazırkı lideri Rəcəb Tayyib Ərdoğana buraxmamaq üçün prezident seçkilərinin ikinci turunda uduzmaq fikrində olmadığını bildirib.
Redaktor.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşdığı videomüraciətində bildirib.
“Biz vətənimizi dünən Böyük Yaxın Şərqin (ABŞ-ın BOP layihəsi - red.) həmsədri olmuş, indi isə bütün diqqətini qapısında söykəndiyi və cızıldığı Rusiyaya yönəldən saxta dünya liderinin ixtiyarına buraxmayacağıq”, - deyə siyasətçi bəyan edib.
Həmidə İbrahimli