"ABŞ Ermənistana rusları qovmağı təklif edir" - Lavrov

 17:48 17.05.2023     585

"Rusiya ABŞ-ın Ermənistana rusları öz ərazisindən qovmaq və təhlükəsizliyin təmin olunmasına yardım etmək təklifini açıq təxribat kimi qiymətləndirir".

Redaktor.az xəbər verir ki, bunu "Çarqrad" telekanalına müsahibəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov deyib.

“Bizdə belə bir məlumat var ki, ABŞ ermənilərə deyir bizə gəlin, rusları öz ərazinizdən qovun, hərbi bazanı çıxarın, amerikalılar kömək edəcəklər. Bu diplomatiya yox, açıq-aşkar təxribatdır!”, - nazir qeyd edib.

Tunar Altunbay