Macarıstan Rusiyaya qarşı sanksiyaları dəstəkləməyəcək

 18:00 17.05.2023     354

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, ölkəsi Avropa İttifaqınınn Ukraynaya 500 milyon avroluq maliyyə yardımı tranşını bloklamaqda davam edəcək və Rusiyaya qarşı növbəti sanksiyaları dəstəkləməyəcək.

Redaktor.az xəbər verir ki, bu barərə "Bloomberg" yazıb.

Rəsmi Budapeştin bu qərarı digər məsələlərlə yanaşı, Ukraynanın Macarıstanın "OTP" Bankını Rusiyada biznes fəaliyyətini davam etdirən və müharibəni maliyyələşdirən şirkətlərin siyahısına daxil etməsilə ilə bağlıdır.

“Ədalətlə demək lazımdır ki, bizim kifayət qədər imkanımız var... Mən açıq şəkildə bildirmək istəyirəm ki, Ukrayna "OTP"-ni müharibənin beynəlxalq sponsorları siyahısında saxladıqca, biz Avropa İttifaqından yeni iqtisadi və maliyyə qurbanları tələb edən həlləri dəstəkləyə bilmərik. Bu addımımız eynilə sanksiyalara da aiddir”, - deyə Siyarto brifinqdə bildirib.

O, bir daha Ukraynanı etnik macarların hüquqlarını məhdudlaşdırmaqda ittiham edib və ölkə rəhbərliyinin Rusiyadan Macarıstana neft ötürüldüyü boru kəmərinin partladılması ilə bağlı guya müzakirə aparması ilə bağlı media nəşrlərini xatırladıb.

Tunar Altunbay