Rusiya “Taxıl sazişi”nin 2 ay uzadılmasını təsdiqlədi

 20:47 17.05.2023     388

Rusiya “Taxıl sazişi”nin 2 ay müddətinə uzadılması ilə bağlı məlumatı təsdiqləyib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, sazişin uzadılması ilə sözdə deyil, əməldə qlobal ərzaq təhlükəsizliyinin təminatına kömək şansı təqdim edilib.