Xorvatiyanın bu şəhəri su altında qaldı

 21:43 17.05.2023     420

Xorvatiyada leysan yağışlar nəticəsində Obrovac şəhəri su altında qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, çayda suyun səviyyəsi tarixi maksimuma çatıb, yerli sakinlər qayıqla səyahət etməli olublar.

Bildirilib ki, məktəb, şəhər məclis binasının bir hissəsi, bir neçə müəssisə və ev su altında qalıb.