Rusiya texnikasının yerləşdiyi ərazilərə zərbələr endirildi

 23:14 17.05.2023     340

Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində Rusiyanın hərbi texnikasının cəmləşdiyi ərazilərə zərbə endirib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, 5-i zenit-raket sistemlərinə olmaqla, 14 zərbə endirilib.

Raket qoşunları 1 komanda məntəqəsi, 6 canlı qüvvənin cəmləşdiyi ərazi, 2 sursat anbarı, 2 yanacaq-sürtkü anbarı, 2 hava hücumundan müdafiə sistemi və daha 2 strateji əhəmiyyətli hədəfi vurub.