Seçki avtobusunun qarşısını kəsib qadınları döymək istədilər

 23:58 17.05.2023     420

Türkiyənin İstanbul şəhərində seçki işləri aparan AK Partiyadan Beyoğlu bələdiyyə başqanı Heydər Əli Yıldızın da olduğu avtobusun önü bir qrup şəxs tərəfindən kəsilib.

Redaktor.az xəbər verir ki, hücumla bağlı Heydər Əli Yıldız sosial media hesabından paylaşım edib.

O, seçkidən sonra məhəlləyə təşəkkür etmək üçün gəzərkən hücuma məruz qaldıqlarını bildirib:

Terror təşkilatını simvolizə edən işarələr edən qrup avtobusda olanlara hücum etmək istəyib. Əllərində türk bayrağı olan qadınları döymək istəyən şəxslər yaşlı qadını da söyüblər.

Hücum edənlər barəsində qanuni tədbir görülüb.