Bayden və Trampın əsas rəqibləri bilindi

 09:46 18.05.2023     334

“ABŞ-ın hazırkı və keçmiş prezidentləri Co Bayden və Donald Trampın böyük anti-reytinqlərə malik olmasına baxmayaraq, çox güman ki, seçicilər sonda onların mübarizəsini görəcəklər. Siyasətçilərin praymerizdə qalib gəlmə şansları son dərəcə yüksəkdir; onların rəqibləri yalnız Tramp üçün Florida qubernatoru Ron DeSantis, Bayden üçün vəkil Robert Kennedi ola bilər”.

Redaktor.az “Lenta.ru”a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq Malek Dudakov deyib.

Onun sözlərinə görə, əksər respublikaçılar Trampı  dəstəkləyəcək:

“Bayden seçicilər arasında böyük ruh yüksəkliyi yaratmır, lakin o, hələ də hazırkı prezident, Demokratlar Partiyasının lideri kimi kifayət qədər nüfuza malikdir”.

Dudakovun sözlərinə görə, 2024-cü ildə seçicilər yenidən Tramp və Bayden arasında qarşıdurmanı görəcəklər.

Xatırladaq ki, FTB Trampın Rusiya ilə əlaqələrinə dair heç bir real sübut tapmayıb. Qeyd olunur ki, Trampa qarşı ittihamlar ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klintonun qərargahı tərəfindən uydurulub.

Həmidə İbrahimli