İki həftə əvvəl qəzaya uğrayan təyyarədəki 4 uşaq sağ tapıldı

 09:51 18.05.2023     394

Kolumbiyada iki həftə əvvəl qəzaya uğrayan kiçik təyyarədə 4 uşaq sağ tapılıb.

Redaktor.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Kolumbiyada mayın 1-də 7 nəfərlə birlikdə itkin düşən və dünən qalıqları tapılan kiçik təyyarədə olan 4 uşağın sağ tapıldığı bildirilib.

13 yaşlı Lesli Bonber, 9 yaşlı Solaney Ranok, 4 yaşlı Thien Ronock və 11 aylıq körpə Kristian Ranokun təyyarə qəzasından necə sağ çıxması və 17 gün sağ qalması ilə bağlı təfərrüatlar açıqlanmayıb.

Uşaqların ən böyüyü Leslie digər uşaqları sağ saxlamaq üçün meşədə müvəqqəti sığınacaq qurduğunu deyib.

Humay İSGƏNDƏRLİ