Yaponiya hərbi xəstəxanaları ukraynalı əsgərləri müalicə üçün qəbul edəcək

 09:45 18.05.2023     241

Yaponiyanın hərbi xəstəxanaları yaralı ukraynalı əsgərləri müalicə üçün qəbul edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə cümə axşamı Reuters agentliyi məlumat yayıb.

Yaponiyanın Liberal Demokratik Partiyasının (LDP) rəhbərlik etdiyi hakim koalisiyadan olan millət vəkili anonimlik şərti ilə agentliyə bildirib ki, bu barədə rəsmi qərar çox yaxın vaxtlarda verilməlidir. Yaponiya Özünümüdafiə Qüvvələrinin xəstəxanalarının müalicə üçün xarici hərbçiləri qəbul etməsinin ilk dəfə olacağı vurğulanır.

Xərclərin böyük hissəsinin də Yaponiya tərəfinin üzərinə düşəcəyi gözlənilir.

Həmidə İBRAHİMLİ