Krımda dəmir yolu partladıldı

 10:36 18.05.2023     369

Krımın Simferopol bölgəsində dəmir yolunda partlayış olub

Redaktor.az “Lenta.ru”a istinadla xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Hadisə səhər saatlarında  baş verib.

Məlumata görə, partlayış nəticəsində taxılla dolu beş vaqon relsdən çıxıb. Qeyd olunur ki, Simferopol – Sevastopol istiqamətində qatarların hərəkəti hazırda dayandırılıb.

Bundan əvvəl məlum olub ki, Xantı-Mansiysk Muxtar Dairəsində (XMAO) qaz kəmərində obyektdə planlı təmir işləri aparılarkən partlayış baş verib.

Hadisə nəticəsində bir nəfərin öldüyü və beş nəfərin yaralandığı bildirilir.

Həmidə İbrahimli