Avropada qazın qiyməti 350 dollardan aşağı düşdü
Avropada qazın qiyməti 7 iyun 2021-ci ildən bəri ilk dəfə birjada 1000 kubmetr üçün 350 dollardan aşağı düşüb.
Redaktor.az xəbər verir ki, London "ICE" birjasına görə, günün əvvəlindən qiymət azalması təxminən 2,7% təşkil edir.
Hollandiyanın TTF qovşağında iyun fyuçerslərinin dəyəri 1000 kubmetr üçün 348,3 dollara düşüb.
Avropada qazın qiyməti qaz anbarlarının dolu olması, maye qazın rekord həddə istehsalı və havaların isti keçməsi fonunda ucuzlaşır. Beləliklə, anbarların tutumu 64%-i ötüb və aprel ayında Avropanın qaz ötürücü sisteminə terminallardan LNG daxilolmaları bütün müşahidələr tarixində mütləq maksimuma - 12,07 milyard kubmetrə çatıb.
Avropanın yeraltı anbarlarından qazın çəkilməsi mövsümü aprelin 6-da başa çatıb. Qışın mülaiyim keçməsi də Avropada qaza olan təlabatı azaldıb. Bununla belə, qarşıdan gələn istilik dövründə təbiətin eyni hədiyyəni verəcəyinə heç bir zəmanət yoxdur, "Qazprom"un fikrincə, Avropanın yeraltı anbarlardakı qaz ehtiyatlarının ötən ilin səviyyəsinə qədər artırılması, Rusiya boru kəməri qazından siyasi motivli imtina və LNG uğrunda rəqabətin artması səbəbindən qeyri-trivial işə çevrilə bilər.
Tunar Altunbay