Rusiyada ABŞ səfirliyinin keçmiş əməkdaşı həbs edildi

 17:48 18.05.2023     465

Moskvanın Lefortovo Məhkəməsi cümə axşamı Rusiya Federal Təhlükəsizlik Xidmətinin tələbini təmin edib və ABŞ-ın Rusiyadakı səfirliyinin keçmiş əməkdaşı, xarici dövlət və ya təşkilatla məxfi əməkdaşlıq maddəsi ilə ittiham olunan Robert Şonovun həbs müddətini daha üç ay uzadıb.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Robert Robertoviç Şonovun barəsində həbs-qətimkan tədbirinin müddəti üç ay, yəni avqustun 23-dək uzadılsın”,- hakim Lilya Altınnikova qərarı elan edib.

İşin materiallarında “gizli” qeyd edildiyi üçün iclas bağlı qapılar arxasında keçirilib.

Məhkəmənin qərarı qanuni qüvvəyə minib və apellyasiya şikayəti verilə bilər.

Tunar Altnbay

Vumart və Güvən reklamı Vumart Güvən