Gürcüstanda hökümət böhranı - Baş nazir prezidenti Brüsselə buraxmır

 20:05 18.05.2023     409

Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa Parlamentində çıxış etmək üçün Brüsselə buraxılmaya bilər.

Redaktor.az "Sputnik Georgia"ya istinadla bildirir ki, "Gürcü arzusu” Partiyasının sədri İrakli Kobaxidzenin sözlərinə görə, hakimiyyət dövlət başçısının bəyanatlarının hökumətin Aİ-yə namizəd statusu qazanmaq səylərinə zərər verəcəyindən ehtiyat edir.

“Əgər hökumət hesab etsə ki, prezidentin səfəri Gürcüstana namizəd statusu almağa kömək etməyəcək, o zaman hökumətin konstitusiya ilə verilmiş tam hüququ var ki, onun səfərinə razılıq verməsin. Yaxşı olar ki, prezidentin böhtan xarakterli bəyanatları üçün geniş arena olmasın”, - Kobaxidze bildirib.