Zelenski G7 sammiti üçün Xirosimaya gedəcək

 10:02 19.05.2023     249

Ukrayna prezidenti Volodimir Zelenski şəxsən Xirosimaya səfər edəcək və orada keçiriləcək "G7" sammitində iştirak edəcək.

Redaktor.az xəbər verir ki, bunu cümə günü Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov təsdiqləyib.

Qeyd edək ki, Yaponiyada keçiriləcək  G7 sammitinin iki sessiyasının Ukraynaya həsr olunduğu elan edilib.

“"G7" sammitində çox mühüm qərarlar qəbul ediləcək, ona görə də bizim maraqlarımızı müdafiə etmək, izah etmək, aydın təkliflər vermək üçün prezidentimizin forada iştirakı tamamilə vacibdir”,- deyə Ukrayna Radasını kanalında bildirib.

Daha əvvəl Kyodo agentliyi ABŞ və Yaponiya hökumətlərindəki “çoxsaylı mənbələrə” istinad edərək, Zelenskinin G7 sammitində şəxsən iştirak edəcəyini iddia edib.

Bloomberg onu da qeyd edib ki, Ukrayna prezidenti Səudiyyə Ərəbistanında Ərəb Liqasının sammitində iştirak etdikdən sonra Amerika hərbi təyyarəsi ilə Yaponiyaya uçacaq. Qeyd edilir ki, yapon rəsmiləri daha əvvəl Zelenskinin görüşdə uzaqdan iştirakını elan ediblər.

Tunar Altunbay