Britaniya kralı yüksək məvaciblə SMM mütəxəssisi axtarır

 10:32 19.05.2023     340

Kral III Çarlz və həyat yoldaşı Kamillanın sosial şəbəkə səhifələrini idarə etmək üçün SMM mütəxəssisi axtarılır.

Redaktor.az "rbc.ru"ya istinadla bildirir ki, rəqəmsal ekspertə birbaşa Bukingem sarayında işləmək üçün ofis və ildə 35 min funt sterlinq məvacib vəd edilir.

Bildirilir ki, monarx oğlu Şahzadə Uilyam və onun həyat yoldaşı Keyt Middltonun müxtəlif səfərlərindən və ya iştirak etdikləri tədbirlərdən foto və videoların sosial şəbəkələrdə müntəzəm paylaşılmasından ilhamlanıb.

“Dinamik və sürətlə inkişaf edən rəqəmsal texnologiya komandamıza qoşulmaqla siz veb-saytımız, elektron kommunikasiyalar və sosial media kanalları üçün ilk növbədə planlaşdırma, çəkiliş və videomontaj vasitəsilə məzmunun yaradılması üzərində işləyəcəksiniz”, - deyə elanda qeyd olunur.