Sinan Oğanın seçimi ilə bağlı PROQNOZ
Seçicilərin 49,52 faiz səsini toplayan Prezident Rəcəb Tayyib Ərdoğan və 44,88 faiz səs toplayan müxalifət lideri Kamal Kılıçdaroğlu ikinci turda mübarizəyə hazırlaşırlar. Seçkilərin əsas mövzularından biri də birinci turda 5,17 faiz səs toplayan Sinan Oğanın ikinci turda kimə dəstək verəcəyi ilə bağlıdır.
Redaktor.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, seçkilərin ikinci tura keçəcəyini və namizədlərin səs nisbətlərini proqnozlaşdıran “Sonar Araşdırma”nın sahibi Hakan Bayrakçı ikinci turla bağlı açıqlama yayıb.
Hakan Bayrakçı ikinci turda Sinan Oğanın səslərinin necə bölüşdürüləcəyi ilə bağlı proqnozunu “CNN Türk”lə bölüşüb. O, hələlik anket nəticələrinin hazırlanmadığını, yalnız təxminlərini söylədiyini vurğulayıb. Bayrakçı 3 fərqli ssenari üzrə mümkün nəticələri proqnozlaşdırıb.
O, Sinan Oğanın bitərəf qalmaq, Ərdoğanı və ya Kılıçdaroğlunu dəstəkləmək qərarına görə, 5,2 faizlik səs bölgüsünün necə olacağını təxmin edib.
Sinan Oğan tərəfsiz qalsa:
1,8% Kamal Kılıçdaroğluna gedir;
1,8% faiz Rəcəb Tayyib Ərdoğana gedir;
1,6% seçkiyə getmir.
Sinan Oğan ikinci turda Ərdoğanı dəstəkləməyə qərar verdiyini açıqlasa:
1,8% Kamal Kılıçdaroğluna gedir;
2,0% Rəcəb Tayyib Ərdoğana gedir;
1,4% seçkiyə getmir.
Sinan Oğan ikinci turda Kılıçdaroğlunu dəstəkləməyə qərar verdiyini açıqlasa:
2,2% Kamal Kılıçdaroğluna gedir;
1,0% Rəcəb Tayyib Ərdoğana gedir;
2,0% seçkiyə getmir.
Humay İSGƏNDƏRLİ