"Krımda repressiyaya məruz qalanların əksəriyyəti müsəlmanlardır” - Zelenski

 14:16 19.05.2023     411

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Səudiyyə Ərəbistanına səfər edib. Orada o, Ərəb Liqasının sammitində çıxış edəcək.

Redaktor.az xəbər verir ki, dövlət başçısı bu barədə teleqram kanalında bildirib.

"Mən Səudiyyə Ərəbistanına gəldim. Ərəb Liqasının sammitində çıxış edəcəyəm", - Zelenski yazıb.

Dövlət başçısının sözlərinə görə, o, vəliəhd şahzadə Məhəmməd bin Salman əl-Səudla da görüşəcək və digər ikitərəfli danışıqlar aparacaq.

“Bizim prioritetlərimiz Krımın və müvəqqəti işğal olunmuş ərazilərin bütün siyasi məhbuslarının geri qaytarılması, bütün məhbusların və qeyri-qanuni deportasiya edilmiş insanların geri qaytarılması, gələn qış enerji təhlükəsizliyini təmin etmək, bizim “sülh formulu”nun təqdim edilməsidir ki, bunun həyata keçirilməsinə mümkün qədər bir çox dövləti cəlb etmək lazımdır" - Zelenski bildirib.

Prezident daha bir prioritet, yəni Ukraynanın müsəlman icmasının müdafiəsini qeyd edib.

Ukrayna lideri ilə birlikdə Krım tatar xalqının lideri Mustafa Cəmilev Səudiyyə Ərəbistanındadır.

“Rusiya işğalından ilk əziyyət çəkən Krım olub və işğal olunmuş Krımda repressiyaya məruz qalanların əksəriyyəti müsəlmanlardır”, - deyə Zelenski yekunlaşdırıb.

Turan İSMAYIL