Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacağıq - Ərdoğan
Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN-ə müsahibəsində bildirib.
“Biz Qərbin sanksiyalarına bağlı deyilik. Biz güclü dövlətik və Rusiya ilə müsbət münasibətimiz var”, - o deyib.
Türkiyə Prezidentinin sözlərinə görə, “Taxıl sazişi”nin müddətinin daha 2 ay uzadılması məhz onun rusiyalı həmkarı Vladimir Putin ilə münasibətlərunə görə mümkün olub.