"Qərb Rusiyanı onlarla müxtəlif dövlətlərə parçalamağa çalışır" - Putin

 17:33 19.05.2023     372

“Qərb Rusiyadakı müxtəlif etnik və milli qruplar arasında qarşıdurma yaratmağa və ölkəni onlarla müxtəlif dövlətlərə parçalamağa çalışır”.

Redaktor.az “Reuters”ə istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, Qərb Rusiyaya nə qədər çox sanksiyalar tətbiq etsə, Rusiya cəmiyyətində birlik səviyyəsi də bir o qədər yüksək olar.

Həmidə İBRAHİMLİ