Çin Rusiyanı Mərkəzi Asiyadan sıxışdırıb çıxarır - Pekin planlarını açıq elan etdi

 17:52 19.05.2023     302

Çin keçmiş Sovet Orta Asiyasını tamamilə ələ keçirmək niyyətindədir.

Redaktor.az “Reuters”ə istinadla xəbər verir ki, Çin lideri Si Cinpin yaxın vaxtlara qədər Rusiyanın dominantlıq etdiyi Orta Asiya regionunun iddialı inkişaf planını açıqlayıb.

SiBu gün Çində Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərinin toplaşdığı Çin-Mərkəzi Asiya sammiti keçirilib.

Sammitin aparıcısı Si Cinpin bildirib ki, region ölkələrinin daxili və beynəlxalq təhlükəsizliyinin möhkəmləndirilməsindən tutmuş mühüm infrastruktur layihələrinin tikintisinə qədər Çin bu regionun inkişaf strategiyasının əlaqələndirilməsini öz üzərinə götürməyə hazırdır.

ÇXR lideri həmçinin Çin şirkətlərinin region ölkələrinə gəlməsini vəd edir ki, bu da yerli sakinlərə əlavə iş yerləri verəcək.

Pekin həmçinin yerli hökumətlərə 3,8 milyard dollar məbləğində maliyyə dəstəyi və qrant vəd edib.

Tunar Altunbay