Fransa Maliyə qarşı müstəmləkəçilik siyasətini davam etdirir
CBC telekanalı Fransanın Afrika ölkələrinə qarşı davam edən müstəmləkəçilik siyasətindən bəhs edən sənədli film hazırlayıb.
Redaktor.az xəbər verir ki, Fransa ilə Mali (keçmiş Fransa Sudanı) arasındakı münasibətlər bu strategiyanın əyani təsdiqidir.
Filmdə vurğulanır ki, Malidəki müstəmləkəçilik qəddar, qanlı və güzəştsiz şəkildə həyata keçirilib.
"Biz (malililər) təbiətcə çox döyüşkənik, torpağımıza, dilimizə, mədəniyyətimizə bağlı xalqıq. Ona görə də müqavimətimiz son dərəcə şiddətli olub", - yerli sakinlərdən biri fikirlərini bölüşüb.
Digər respondentin sözlərinə görə, malililərin çoxu müstəmləkəçilik dövrünü görməsə də, bunun zərərli təsirlərini hələ də hiss edirlər.
"Müstəmləkəçilik sistemi hələ də mövcuddur. Bütün Afrika ölkələri eynidir, biz hələ irəli gedə bilmirik. Əhalimiz ildən-ilə artır, lakin vəziyyət daha da pisləşir. Fransızlar bundan istifadə edərək iqtisadiyyatımızın əsas seqmentlərini ələ keçirməyə başlayırlar. Ziyalıların, savadlı insanların ölkədən axını baş verir, onlar konfranslar və medallarla şirnikləndirilir və onlara “yaxşı ki fransız oldunuz” deyilir”, - yerli sakin deyib.