Ərdoğan Əsədlə barışıqda problem olmadığını açıqladı

 21:14 19.05.2023     397

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında terrorizmlə mübarizə aparılacağı təqdirdə ölkə lideri Bəşər Əsədlə barışıq üçün heç bir maneə görmədiyini bildirib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, Ərdoğan bu barədə CNN telekanalına müsahibəsində açıqlama verib.

“Rusiya Prezidenti Vladimir Putinlə dostluğum sayəsində biz qərara gəldik ki, Suriyanın şimalında sıx əməkdaşlıq və həmrəylik tələb edən terrorizmlə mübarizəmizdə qapı aça bilərik. Bunu edə bilsək, barışıq üçün heç bir maneə görmürəm”, - Türkiyə dövlət başçısı söyləyib.