Gürcüstan parlamentinin deputatları Rusiyaya görə dava etdilər

 21:44 19.05.2023     358

Gürcüstan parlamentinin müxalifətdəki “Aqmaşenebeli strategiyası” partiyasından olan Giorgi Vaşadze və “Xalqın gücü” qrupundan olan İrakli Beraya plenar iclasda əlbəyaxa dava ediblər.

Redaktor.az-ın məlumatına görə, davanın görüntülərini Gürcüstanın "TV Pirveli" telekanalı canlı yayımlayıb.

Belə ki, Giorgi Vaşadze tribunada çıxışı zamanı hakimiyyəti Rusiya ilə birbaşa uçuşların bərpasına görə tənqid edib və onları Rusiya hakimiyyəti ilə dostluq etməkdə ittihamlandırıb.

Deputat çıxışını bitirib yerində əyləşərkən “Xalqın Gücü” qrupundan olan deputat Daçi Beraya ilə aralarında mübahisə baş verib.

Deputatları parlamentin məhkəmə icraçıları ayırıb.