Ukrayna əks-hücum üçün təlimlərə başladı

 23:30 19.05.2023     331

Ukrayna hərbi komandanlığı qarşıdan gələn genişmiqyaslı əks-hücum əməliyyatı çərçivəsində Dneprdən keçmək üçün öz hərbçilərinə təlim keçib.

Redaktor.az xəbər verir ki, bu barədə Amerikanın "The Washington Post" qəzeti yazıb.

Məlumata görə, əks-hücumun məqsədi Zaporojye vilayətinin bütün ərazisinin qaytarılması və Krıma “quru dəhlizinin” məhv edilməsi ola bilər.

Ukraynanın digər hərbçiləri təsdiqləyirlər ki, bəzi bölmələr tərəfindən Dneprdən keçmək cəhdləri artıq edilib, lakin Rusiya ordusu onların qarşısını alıb.