Egey dənizində zəlzələ baş verdi

 10:49 20.05.2023     299

Egey dənizində 4,5 bal gücündə zəlzələ baş verib.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Fövqəladə Hallar və Fövqəladə Halların İdarə Edilməsi İdarəsinin (AFAD) saytında verilən məlumata görə, saat 03:48-də episentri Egey dənizində olan 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

Muğlanın Datça bölgəsindən 256,93 km aralıda baş verən zəlzələnin 7,16 km dərinlikdə baş verdiyi məlum olub.

Humay İSGƏNDƏRLİ