Ərdoğan gənclərə müraciət etdi
Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdən gənclərə müraciət edib.
Redaktor.az xəbər verir ki, Ərdoğan gəncləri yalan vədlərə inanmamağa səsləyib.
“Həzrət Mövlana deyir: “Əziz gənc qardaşlarım, küpün içində nə varsa o axır.”
Dibsiz zülmətdə mübarizə aparanlar ümid verə bilməz. Baxışı, arzusu, idealı, məqsədi olmayan insan üfüq çəkə bilməz.
Sizi öz siyasi uğursuzluqlarına şərik etmək istəyənlərin yalanlarına və çəkməyə çalışdıqları qaranlıq mənzərəyə əhəmiyyət verməyin. Biz hər zaman sizinləyik.
Biz 21 ildir hakimiyyətdəyik. Bu 21 il ərzində heç bir gəncin həyat tərzinə qarışmamışıq və heç kimin başqasının geyiminə, düşüncə tərzinə, gözləntilərinə, zövqünə qarışmasına imkan verməmişik.
Bu gün gənclər hər cür sənət tədbirinin təşkil olunduğu, beynəlxalq tədbirlərə ev sahibliyi edən, idmanın, musiqinin, elmin, texnologiyanın həyatımızın mərkəzində olduğu Türkiyədə yaşayırlar: “1 milyondan çox gəncimizin iştirak etdiyi TEXNOFEST ilə potensialınızı ortaya qoyduğunuz, dünya ilə rəqabətə girə biləcəyiniz platformalara sahibik. Bütün bunları sizin üçün elədik, sizin dəstəyiniz, səyləriniz sayəsində bacardıq. 28 maydan sonra, inşallah, Türkiyənin yeni əsrinin inşasını da sizinlə birlikdə bacaracağıq”,-deyə R.T.Ərdoğan qeyd edib.
Qeyd edək ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək.
Mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək.
Humay İSGƏNDƏRLİ