Zelenski Yaponiyaya Makronun təyyarəsi ilə getdi
Ukrayna prezidenti Volodimir Zelenski Şənbə günü Xirosimada keçirilən Yeddilik Qrupunun (G7) sammitində şəxsən iştirak etmək üçün Yaponiyaya səfər edib.
Redaktor.az TASS-a istinadla bildirir ki, Zelenski Hirosima hava limanından sammitin mətbuat mərkəzində aparılıb.
Görüntülərə əsasən o, Fransa hökumətinin təyyarəsi ilə gəlib.
Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, əvvəlcə Ukrayna prezidenti sammitdə onlayn şəkildə iştirak etməli idi. Belə bir razılaşma baş nazir Fumio Kişidanın mart ayında Kiyevə səfəri zamanı əldə olunub.
Bununla belə, Zelenski daha sonra sammitdə şəxsən iştirak etmək arzusunu bildirib və Yaponiya hökuməti bu təklifi qəbul edib.
Yaponiya hakimiyyətinin məlumatına görə, səfər zamanı Zelenski Ukraynadakı vəziyyətlə bağlı sessiyada iştirak edəcək və Yaponiyanın baş naziri ilə görüşəcək.
Xatırlacaq ki, Yaponiya bu il G7-yə sədrlik edir və mayın 19-dan 21-dək Xirosimada sammitini keçirir. Toplantıya Avstraliya, Braziliya, Vyetnam, Hindistan, İndoneziya, Kuk adaları, Komor Adaları İttifaqı və Cənubi Koreyanın liderləri dəvət olunub.
Tunar Altunbay