G7 Çini qoşunlarını Ukraynadan çıxarmaq üçün Rusiyaya təzyiq göstərməyə çağırıb
Yeddilik Qrupu (G7) ölkələri Çini xüsusi hərbi əməliyyatı dayandırmaq və Rusiya qoşunlarını Ukraynadan çıxarmaq üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə G7 liderlərinin Xirosima sammitinin birgə bəyanatında deyilir.
“Biz Çini Rusiyaya hərbi təcavüzünü dayandırması və qoşunlarını dərhal, tamamilə və qeyd-şərtsiz Ukraynadan çıxarması üçün təzyiq göstərməyə çağırırıq”,- sənəddə qeyd olunub.
Bundan əlavə, G7 ölkələri Pekini BMT Nizamnaməsinin prinsip və məqsədlərinə, o cümlədən Ukrayna ilə birbaşa dialoqa əsaslanan hərtərəfli, ədalətli və davamlı sülhü dəstəkləməyə çağırıb.
Tunar Altunbay