Gürcüstan Prezidenti “Georgian Airways”ə qarşı boykot elan etdi

 18:30 20.05.2023     338

Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyaya uçuşlara görə “Georgian Airways”ə qarşı boykot elan edib.

Redaktor.az xəbər verir ki, bu barədə dövlət başçısı brifinqdə bildirib.

Zurabişvili bəyan edib ki, Gürcüstanın “Georgian Airways” aviaşirkətinin Rusiya Federasiyasına uçuşlara başlaması səbəbindən bundan sonra onun xidmətlərindən istifadə etməyəcək.

"Mən özüm üçün "Georgian Airways"ı qarşı boykot elan edirəm və sizi ona qoşulmağa çağırıram. Bu, varlanmaq üçün dövlətdən istifadə edən şirkətdir. Əvvəlki hakimiyyət dövründə də belə idi”, - Zurabişvili deyib.