Türkiyə xaricində səs verənlərin SAYI

 21:59 20.05.2023     371

Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üçün xaricdə səsvermə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

73 ölkədə və gömrük qapılarında səs vermək üçün 3461 seçki qutusu quraşdırılıb. Son məlumata görə, xarici nümayəndəliklərdə 230 min, gömrükdə isə 12 min nəfər səs verib.

Səsvermə prosesi xarici ölkələrdə mayın 24-dək, gömrükdə isə mayın 28-i saat 17.00-dək davam edəcək.