Bayden Rusiyanın Baxmutda 100 mindən çox itki verdiyini AÇIQLADI

 15:49 21.05.2023     367

Rusiya Ukraynanın Baxmut şəhəri uğrunda döyüşlərdəki itkiləri 100 min nəfərdən çoxdur.

Redaktor.az xəbər verir ki, bu rəqəmləri ABŞ Prezidenti Cozef Bayden Yaponiyanın Hirosima şəhərində keçirilən “Yeddilik Qrupu”nun (“G7”) sammitinin yekunlarına dair mətbuat konfransında səsləndirib.

“Baxmut barədə danışırlar ki, tutulub, ya tutulmayıb. Doğru budur ki, Rusiya Baxmutda 100 mindən çox itki verib. Bunu əvəzləmək çətin olacaq. İşğal edilib-edilmədiyi vacib deyil – orada onsuz da çox tikili qalmayıb. Bu, əsasən, önəmli dərəcədə dağıdılmış şəhərdir. Lakin onlar orada “Vaqner” qrupu daxil olmaqla xeyli Rusiya qoşununu cəmləşdirə biliblər”, - dövlət başçısı bildirib.

Qeyd edək ki, Bayden Baxmut haqqında Ukraynanın gözlənilən əks-hücum əməliyyatı və F-16 qırıcılarının orada iştirak etmə ehtimalı kontekstində danışıb.