"Moldova Avropa İttifaqına daxil olmağa hazırdır"
Moldova Avropa İttifaqına üzv olmağa hazırdır, ona görə də onun Aİ-yə daxil olması ilə bağlı danışıqlar mümkün qədər tez başlamalıdır.
Redaktor.az xəbər verir ki, bunu bazar günü Moldova prezidenti Maia Sandunun Kişinyovda təşkil etdiyi “Avropa Moldova” mitinqində Avropa Parlamentinin sədri Roberta Metsola deyib.
"Moldova Avropadır. Sizin Avropa Parlamentində etibarlı tərəfdaşınız var. Avropa sizi məyus etməyəcək. Ümid edirəm ki, Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar bu il başlayacaq, çünki Moldova artıq Avropaya inteqrasiyaya hazırdır. Biz bu anın sizin üçün nə demək olduğunu bilirik və siz indi burada iştirakınızla bunu nümayiş etdirirsiniz”, - Metsola bildirib.