Ukrayna Baxmutun bir sıra mövqelərini geri qaytardı

 22:40 21.05.2023     351

Ukrayna Silahlı Qüvvələri Baxmut şəhərinin bir sıra yerlərində mövqeləri geri qaytarıb.

Redaktor.az UNİAN nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Şərqi Qüvvələr Qrupunun nümayəndəsi Sergey Çerevatı jurnalistlərə açıqlaması zamanı deyib.

"Son 24 saat ərzində cəbhənin bəzi ərazilərində 200 metr irəliləyişlər olub Müdafiəçilərimiz şəhərin cənub-qərb hissəsində bir neçə bina və istehkamı qoruyub saxlayır", - deyə Çerevatı bildirib.

Qeyd edək ki, “Vaqner” Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiyanın Ukraynanın Baxmut şəhərini tam nəzarətə götürdüyünü vurğulayıb.

Lakin Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov Baxmutun rusiyalılar tərəfindən ələ keçirildiyini təsdiq edən məlumatı təkzib edib.