Yaponiya Ukraynaya bunları vəd etdi

 09:31 22.05.2023     431

Yaponiya Ukraynaya 100 hərbi yük maşını və maşınlar, həmçinin Yaponiya Özünümüdafiə Qüvvələrinin hərbçilərinin istifadə etdiyi təxminən 30 min dəst ordu payı verəcək.

Redaktor.az “TASS”a istinadla xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin bu gün yaydığı məlumatda deyilir.

Məlumata görə, Baş nazir Fumio Kişida bazar günü Xirosimada keçirilən danışıqlarda Ukrayna Prezidenti Volodimir Zelenskiyə müvafiq vəd verib.

Hökumət başçısı həmçinin bildirib ki, Yaponiya yaralı Ukrayna əsgərlərini müalicə üçün qəbul etməyə başlayacaq.

Nazirlikdən bildirilib ki, baş nazir həmçinin Ukraynaya hərtərəfli dəstəyi, o cümlədən ölkənin infrastrukturunun bərpasına yönəlmiş dəstəyi davam etdirəcəyini də vəd edib.

Həmidə İBRAHİMLİ