Türkiyədə imam insanları silahları hazırlamağa çağırdı - FOTO

 09:44 22.05.2023     453

Türkiyədə məscidlərdən birinin imamı 28 may prezident seçkilərinin ikinci turu ilə bağlı çağırış edib.

Redaktor.az “Haber Global”a istinadən xəbər verir ki, İstanbul Sultanqazi Cebeci məscidinin imamı cümə namazı zamanı “Qardaşım, silahını hazırla, mayın 28-i axşam silahlarınız hazır olsun. Mənim iki silahım ağzına qədər doludur",- deyə çağırışı edib. 

Məsələ ilə bağlı Diyanət İşləri İdarəsi açıqlama verib. Bildirilib ki, məlum hadisə hazırda araşdırılır.

Humay İSGƏNDƏRLİ