Türkiyədə zəlzələ oldu
Antalya körfəzi sahillərində 3,7 bal gücündə zəlzələ baş verib.
Redaktor.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 07:51-də baş verən zəlzələ yerin 55,34 kilometr dərinliyində baş verib.
Humay İSGƏNDƏRLİ