Rusiyada iş günlərinin sayının artırılması təklif edilir

 10:00 22.05.2023     374

Rusiyanın “Avanti” Biznes Vətənpərvərliyinin İnkişafı üzrə Sahibkarlar Assosiasiyası Rusiya Əmək Nazirliyinin rəhbəri Anton Kotyakova ölkədə altı günlük iş həftəsi tətbiq etməyi təklif edib.

Redaktor.az “İzvestiya” qəzetinə istinadla xəbər verir ki, sanksiyaların sayının artması səbəbindən hazırda iqtisadi sektorun yükü artıb.

Təşəbbüsün müəllifləri qeyd ediblər ki, bu, Rusiya iqtisadiyyatının gücünü artıra və texnoloji sıçrayış əldə etməyə kömək edə bilər.

Həmidə İBRAHİMLİ