Çin şirkətlərinə ABŞ-dan çip almaq qadağan edildi

 10:28 22.05.2023     384

Çinin Kiberməkan İdarəsi aparıcı kompüter avadanlıqları istehsalçılarına ABŞ-ın ən böyük yaddaş çipləri istehsalçısı olan "Micron Technology" şirkətinin məhsullarını almağı qadağan edib.

Redaktor.az xəbər verir ki, bu barədə “MarketWatch” məlumat yayıb.

Məlumata görə, qadağa kritik informasiya infrastrukturunun operatorlarına şamil edilir.

Agentlik qadağanı Micron çiplərinin “şəbəkə təhlükəsizliyi üçün ciddi risklər” yaratdığı ilə izah edib.

Bundan əvvəl ABŞ, Avropa və Yaponiya hakimiyyət orqanları Çinin hərbi sənayedə istifadə oluna bilən qabaqcıl mikroçiplərə və digər texnologiyalara çıxışını məhdudlaşdırmaq üçün bir sıra tədbirlər həyata keçirib.

"MarketWatch" qeyd edir ki, Çin şirkətləri ildə təqribən 300 milyard dollar dəyərində çip idxal etdiyinə və bu məbləği yerli istehsalla əvəz edə bilməyəcəyinə görə Pekin kompramisə çalışacaq.

Həmidə İBRAHİMLİ