Bill Qeytsin rus qadınla münasibəti ortaya çıxdı

 10:50 22.05.2023     320

ABŞ-ın tanınmış qəzetlərindən olan "Wall Street Journal" insan alveri, cinsi istismar kimi cinayətlərdə ittiham olunan Epsteynin məxfi yazışmalarını dərc edib.

Redaktor.az “Haber Global”a istinadən xəbər verir ki, sənədlərdə Epsteynin "Microsoft"-un həmtəsisçilərindən və dünyanın ən zəngin insanlarından biri kimi tanınan Bill Qeytsi hədələdiyi məlum olub.

Yazışmalarda o vaxt evli olan Qeytsin rusiyalı "bric" (kart) oyunçusu ilə münasibətdə olduğu qeyd olunub. 

Epsteyn 2017-ci ildə göndərdiyi elektron məktubda onun assosiasiyasının təşəbbüsündə iştirak etməyən Qeytsi Mila Antonova adlı qadınla münasibətlərini ifşa etməsi ilə hədələyib. Epsteynə yaxın mənbələr isə bu iddianı təsdiqləyib.

Ən çox sevdiyi oyunlardan birinin "Bric" olduğunu açıqlayan Qeyts 2010-cu ildə Antonova ilə tanış olub və həmin vaxt ikili turnirdə birlikdə yarışıb.

Antonova daha sonra San Fransiskoya köçüb və proqram mühəndisi kimi işləməyə başlayıb.

Antonova Qeytslə o vaxt sadəcə dost olduqlarını deyib və 2010-cu ildə onun Qeytslə çəkdirdiyi şəklini əks etdirən görüntünü yayımlayıb.

Sənədlərdə göstərilir ki, Epsteyn Antonova ilə körpü akademiyasına sponsor axtararkən tanış olub və Epsteyn daha sonra proqram kodlaşdırma məktəbinin pulunu da ödəyib.

67 yaşlı Qeyts əvvəllər Epsteyn ilə bir sıra görüşlərə görə peşman olduğunu bildirib.

Humay İSGƏNDƏRLİ