Sudanda toqquşmalarda ölənlərin sayı 863-ə çatdı

 11:20 22.05.2023     386

Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri (xüsusi təyinatlılar) arasında baş verən toqquşmalarda həlak olan mülki şəxslərin sayı 863 nəfərə çatıb.

Redaktor.az “TASS”a istinadla xəbər verir ki, 3531 nəfər isə yaralanıb.

BMT-nin 14 may məlumatına görə,t oqquşmalarda 676 dinc sakin həlak olub, 5575-dən çoxu isə yaralanıb.

Əl-Hadath telekanalının məlumatına görə, Sudan silahlı qüvvələri xüsusi təyinatlıların paytaxtdakı bazalarına bir neçə hava zərbəsi endirib. Xartumdakı bombardman isə ən azı iki saat davam edib. Omdurman və Şimali Xartum şəhərləri yaxınlığında da partlayış səsləri eşidilir.

Həmidə İBRAHİMLİ